Bank

Manatın "dəyişməz məzənnəsi" necə müəyyən olunub? - AMB-nin izahı

Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə edərək 245 mln. ABŞ dollarını alıb. ENA.az xəbər verir ki, qurumun məlumatına görə, 2021-ci ildə manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib.

İl ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat olub. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın formalaşıb. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6993 manat, satış məzənnəsi isə 1.7024 manat təşkil edib. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.0007 manat və satış məzənnəsi arasında fərq isə 0.0024 manat olub.

İl ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişib. Belə ki, manatın məzənnəsi avroya, türk lirəsinə, rus rubluna funt-sterlinqə və yapon yeninə qarşı bahalaşıb, İsveçrə frankına, gürcü larisinə qarşı ucuzlaşmışdır.

Ümumilikdə, 2021-ci ildə qeyri-neft sektoru üzrə nominal 2 ABŞ dolları, avro, ingilis funt sterlinqi, rus rublu ilә әmәliyyatlar daxil olmaqla 12 effektiv məzənnənin 12.1% bahalaşması yüksək idxal inflyasiyasının bir qismini neytrallaşdırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)