Gündəm

Rusiya ehtiyatda olan zabitləri orduya çağırır

Rusiya Ukraynadakı ciddi itkilər səbəbindən ehtiyatda olan zabitləri hərbi xidmətə cəlb edir. 

ENA.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Eləcə də bax: Britaniya kəşfiyyatı: "Ukrayna Silahlı Qüvvələri "Harpun" raketlərindən istifadə ediblər

“Əldə olunan məlumata görə, hava-desant qoşunlarının komandanlığında xeyli itkilər verilməsi nəticəsində düşmən üç ay müddətinə qısamüddətli müqavilələr bağlamaq şərti ilə ehtiyatda olan zabitləri hərbi xidmətə cəlb etməyə məcbur olub”, - məlumatda qeyd olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)