Yoluxanlarla bağlı son məlumatlar açıqlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
ENA.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada COVID-19-dan vəfat edən olmayıb.