Belçika höküməti “əmək islahatı” ilə bağlı razılığa gəldi: 4 günlük iş həftəsi, işdən sonra e-maillərə baxmamaq hüququ
![](https://ena.az/uploads/news/2022-06/_ena_57f0913725f69bd58837d1fb6_o.jpg)
Belçika hökumətinin razılaşdığı “əmək islahatı”na işçilərin hüquqları ilə bağlı müxtəlif məsələlərdə yeniliklər daxildir.
ENA.az xarici mətbuata istinadən xəbər verir ki, işçilərin iş vaxtını gündə 10 saata çatdıraraq həftədə 4 gün işləməyə imkan verən təkliflə bağlı yekun razılıq əldə edilib. Razılaşdırılan digər məsələ isə işçilərin iş saatları xaricində iş yerindən onlara göndərilən e-mail və internet mesajları kimi bildirişlərə cavab verməmək hüququ olub.
Eləcə də bax/: Əmək müqaviləsi hansı hallarda tələb olunur?
Hökumətin əmək islahatları paketinə 2030-cu ilə qədər məşğulluğun 80%-ə çatdırılmasına yönəlmiş bəzi qaydalar da var. Bu çərçivədə internetdən satış həyata keçirən işçilərin hüquqlarının artırılması, işçilərin əlavə təhsil hüququ, e-ticarət işçilərinin çevik iş hüquqları (məsələn, gecə işləmək) kimi yeniliklər də islahatlar paketinə daxildir.