Reuters": İsveçrədə planlaşdırılan ABŞ-İran danışıqları ləğv olunub
ABŞ və İran arasında bu gün İsveçrədə keçirilməsi planlaşdırılan danışıqlar baş tutmayacaq.
ENA.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd edək ki, bu açıqlama ABŞ vitse-prezidenti JD Vensin Tehran və Vaşinqton arasında müharibəyə son qoymaq üçün əldə edilən razılaşmanın həyata keçirilməsi ilə bağlı danışıqlara başlamaq üçün cümə günü İsveçrədə planlaşdırılan səfərinin təxirı salınmasından sonra verilib.


















