Dövlət büdcəsində neftin qiyməti 85 dollar səviyyəsində nəzərdə tutulacaq
Azərbaycanda büdcə dürüstləşdirilməsi zamanı neftin qiyməti 85 dollar nəzərdə tutulacaq.
Bu barədə hökumətdəki mənbələrdən məlumat daxil olub.
Parlamentə təqdim ediləcək qanun layihəsində də bu qiymət əsas götürüləcək.
Qeyd edək ki, 2022-ci il üçün dövlət büdcəsində neftin qiyməti 50 dollar götürülmüşdü.