Sosial iqtisadiyyat

Ən yüksək maaşı bu sahədə çalışanlar alır - RƏSMİ

2022-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,2 faiz artaraq 824,7 manat təşkil edib.

Dövlət STtaitika Komitəsindən (DSK) verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3606,1 manat, qeyri neft-qaz sektorunda 771,1 manat olub.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 762,0 manat, özəl müəssisələrdə isə 897,6 manata çatıb.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department