“WhatsApp” bu çətinliyi aradan qaldırıb
“WhatsApp”a mesaj tarixçəsini Android-dən iPhone-a köçürmək imkanı əlavə edilib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Xatırladaq ki, əvvəllər bu, yalnız əks istiqamətdə – iPhone-dan Android-ə mümkün olub.
Hələki köçürmə funksiyası yalnız yeni model iPhone-larda işləyir. Bunun üçün cihazı sazlayanda “Məlumatları Android-ə köçürmək” seçimindən istifadə etmək kifayət edir. Sazlama başa çatdıqdan sonra “WhatsApp”ı açmaq və sistemə daxil olmaq tələb olunur.
Məlumatları köçürmək üçün cihazınız Android 5, iOS 15.5 və daha yeni əməliyyat sistemi ilə işləməlidir.