Əsas məzmuna keç
Bakı +14°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Banklar niyə böyük likvid vəsaitlər saxlamağa məcburdurlar və ya uzunmüddətli kreditlər vermirlər?

Banklar niyə böyük likvid vəsaitlər saxlamağa məcburdurlar və ya uzunmüddətli kreditlər vermirlər?

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bankların borclarının (öhdəliklərinin) 80.4%-ini fiziki və hüquqi şəxslərin depozit portfeli təşkil edir. 2021-ci ildə sektorun depozit portfeli 30.0% (6.2 mlrd. manat) artaraq 26.9 mlrd. manat olub.

ENA.az xəbər verir ki, nəzərə çarpacaq rəqəm odur ki, depozit portfelinin 27.4%-ni müddətli, 72.6%-ni isə tələbli depozitlər təşkil edir. Sektorun depozit portfelinin əsasən tələbli depozitlər hesabına formalaşması banklarda iri həcmdə likvidlik buferinin saxlanmasını zəruri etməklə uzunmüddətli maliyyələşmə imkanlarını məhdudlaşdırır.

Bankların depozit portfelinin 66.5%-ini hüquqi şəxslərin depozitləri təşkil edir. Bütövlükdə, hüquqi şəxslərin depozitlərinin öhdəliklərdə payı 53.5%-dir.

2021-ci ildə hüquqi şəxslərin depozitləri 41.2% (5.22 mlrd. manat) artaraq 17.9 mlrd. manat təşkil edib. Bu artımın 99.7%-i də məhz tələbli depozitlərin artımı hesabınadır (5.21 mlrd. manat artım). Hüquqi şəxslərin depozitlərinin 88.5%-i (15.9 mlrd. manat) tələbli depozitlər hesabına formalaşıb.

Qeyd edək ki, 2021-ci ilin sonu üzrə bank sektorunun aktivlərinin 40.3%-ni xalis kredit portfeli, 36.1%-ini isə likvid aktivlər təşkil edir.