Dövlətə məxsus 3 helikopterini yenidən satışa çıxarılır – Start qiyməti 2 milyon manat
21 iyul 2022-ci il tarixində hərraca çıxarılan helikopterlərin siyahısı açıqlanıb.
ENA.az xəbər verir ki, hərraca Azərbaycan Hava Yolları QSC-yə məxsus 3 helikopter çıxarılır.
1-3-cü sətirdə Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin balansında olan helikopterlər 2-ci dəfə təkrar hərraca çıxarılır.
Hər 3 helikopterin ilkin start qiyməti 2 milyon manatdır. Bunlardan 1-i buraxılış ili 2009-cu il olan “Airbus EC-135P2”, digərləri isə istehsal tarixi 2005-ci il olan “Airbus EC-155B1” markalı helikopterlərdir.
Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Helikopterlər barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖEN)
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
S/N | Balanssaxlayıcı müəssisənin adı | Əlaqəli şəxs | Helikopterin markası | Buraxılış ili | Start qiyməti (manatla) | 10% beh (manatla) |
1 | Azərbaycan Hava Yolları QSC | Marat Abdulbadayev 0556509410 | Airbus Helicopters EC-155B1 |
2005 | 2000000 | 200000 |
2 | Azərbaycan Hava Yolları QSC | Marat Abdulbadayev 0556509410 | Airbus Helicopters EC-155B1 |
2005 | 2000000 | 200000 |
3 | Azərbaycan Hava Yolları QSC | Marat Abdulbadayev 0556509410 | Airbus Helicopters EC-135P2 |
2009 | 2000000 | 200000 |