“Yelo Bank”ın səhmdarları toplaşacaq
Yelo Bank” ASC-nin səhmdarları gələn ayın sonu toplaşırlar.
Bu barədə Banker.az “Yelo Bank” ASC-nin Müşahidə Şurasının açıqlamasına istinad edir.
Diqqətinizə çatdırmaq istəyirik ki, 25 iyul 2022-ci il saat 11:00-da Bakı şəhəri, AZ1122, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında yerləşən “Yelo Bank” ASC-nin baş ofisində səhmdarların növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir. Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:
1. Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2021-ci ilin yekunları üzrə illik maliyyə hesabatının təsdiqi;
2. Yığıncağın gündəliyində duran digər məsələlər.
Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiqedici sənədləri təqdim etməyiniz xahiş olunur.
Gündəlikdə duran məsələlər üzrə materiallar elektron poçt vasitəsilə göndəriləcəkdir.