Türkiyənin tikinti sektoru dərin böhran içindədir
Türkiyənin şimal-qərbində yerləşən kiçik bir şəhərdə tikilən lüks evlər, miniatür fransız qalaları ilə Disney cizgi filmlərindəki inanılmaz saraylar arasında duran bir şeyə bənzəyir.
Lakin, əsasən xarici alıcılar üçün tikilmiş bu villalarda heç kim yaşamır. Bu, hər bir sərmayəçi üçün bir kabusdur.
Bu iddialı layihə, regiondakı gərgin geosiyasi vəziyyətə və ölkənin iqtisadiyyatının əsas sektoruna çevrilən Türk inşaat sənayesinin dağılmasına səbəb olub. Uzun müddətli inkişaf dövründən sonra, Türkiyə iqtisadiyyatı üçüncü rübdə 1,1% azalmışdır. İqtisadçıların proqnozlarına görə, 2019-ci ildə Türkiyə iqtisadiyyatı tənəzzül dövrünə girəcək.Ölkədə inflyasiya səviyyəsi olduqca yüksəkdir, avqust ayında isə valyuta böhranı baş verib. 2018-ci ildə lirə dollara münasibətdə dəyərinin 28%-nı itirib. Bazar Rəcəb Tayyib Ərdoğan hökumətinin böyük iqtisadi problemləri həll edə biləcəyinə şübhə ilə yanaşır.
Mudurnu şəhərinin yaxınlığında yerləşən villalar, Sarot Group şirkətin “Al-Babas” layihəsinin bir hissəsi olmaqla, Avropa memarlığına bənzəməli idi. Lakin 2014-cü ildə başlayan tikinti işləri dondurulmuşdur, çünki Sarot Group iflasdan müdafiə üçün müraciət etmişdir.
Şirkət çətin bir vəziyyətə düşmüş olub. Hal-hazırda, kompleksin tikintisinə 100 milyon dollar vəsait xərclənib.
Hər bir villanın qiyməti 440-500 min dollar arasında dəyişir. Çətinliklərə baxmayaraq, şirkət, 2019-cu ilin oktyabr ayında tikinti işlərini davam etdirməyi planlayır.
Qeyd edək ki, tikinti sektoru, Ərdoğan hökumətinin dövründə iqtisadiyyatın əsas lokomotivi olub.
“İflasdan müdafiə üçün müraciət etmiş dörd şirkətdən üçü, tikinti şirkətidir”, – İzmir universitetinin professoru olan Alper Duman bildirmişdir. Onun fikrinə görə, hər şey tikinti “köpüyü”-nə işarə edir, hansı ki hər an partlaya bilər.
Türkiyə Statistika Təşkilatının (TurkStat) tikintidəki güvən indeksi dekabr ayında 2,1% düşərək, 55,4 bala çatıb.
Buna baxmayaraq, Türkiyənin daşınmaz əmlak üzrə analitiki Kerim Alain Bertrand, gələcəyə optimistik yanaşır. Bu, ölkənin demoqrafik göstəriciləri ilə bağlıdır. 2017-ci ildə Türk əhalisinin ortalama yaş 31.7 il təşkil etmişdir.