Neft Fondu Yaponiyadakı “mall”unda zərər edib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən “Kirarito Ginza” ticarət mərkəzi üzrə 2024-cü ildə maliyyə nəticələri mənfi olub.
Bu barədə Hesablama Palatasının açıqladığı rəydə qeyd olunur.
Məlumata görə, binanın bazar dəyəri 2024-cü ilin sonunda 56,15 milyard yapon yeni və ya 374.77 milyon ABŞ dolları təşkil edib.
Daşınmaz əmlakının bazar dəyəri dəyişkənliyindən yaranan 392 mln. yen və ya 2.62 mln. dollar olsa da, xalis icarə haqqında 471.8 mln. 3.15 mln. dollar zərər edib.
Daşınmaz əmlakdan cəmi gəlirlər 79.8 mln. yen və ya 533 min dollar zərər edib.
Kirarito Ginza – ticarət obyekti Yaponiyanın ən məşhur ticarət ərazisi sayılan Ginza rayonunda, Çou avenyuda yerləşir. Binanın tikintisi 2014-cü ildə başa çatdırılıb və son dövrlər ərzində Ginza rayonunda tikilən ən dəyərli investisiya aktivlərindən biridir. Binanın ümumi sahəsi 15 min 647 kvadrat metr təşkil edir və 40-dan yuxarı şirkət tərəfindən icarəyə götürülüb.