Bu məktəblər distant tədrisə keçir

Bakıda keçiriləcək “Formula 1” yarışması ilə əlaqədar 6-14 iyun tarixlərində bir neçə məktəbdə tədris onlayn qaydada təşkil ediləcək.
Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
C.Valehov qeyd edib ki, bunlar 6, 132-134, 1, 7, 8, 160 nömrəli ümumi təhsil müəssisələridir.
Nazirlik rəsmisinin sözlərinə görə, bu barədə məktəb və valideynlərə məlumat verilib.