Gündəm

Kreml Putinlə Zelenskinin görüşünün şərtini açıqlayıb

Kreml Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna lideri Volodimir Zelenskinin görüşünün şərtini açıqlayıb.

ENA.az TASS-a istinadən xəbər verir ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov belə bir görüşün istisna olunmadığını söyləyib.

“Lakin bu görüş yalnız hansısa sənədlə bağlı yekun razılıq əldə olacağıq təqdirdə mümkündür. Lakin bu istiqamətdə iş çoxdan dayanıb və hələ də bərpa olunmayıb”, - o bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)