Dörd Avropa ölkəsi Putinin tərəfinə keçdi

NATO və Avropa İttifaqının(Aİ) dörd ölkəsi Ukraynaya yardım göstərmək niyyətində deyil.
ENA.az xəbər verir ki, bu fikirləri ABŞ-da yaşayan rusiyalı politoloq Andrey Piontkovski bildirib.
Onun sözlərinə görə, Ukraynanın tərəfdarları və əleyhdarları artıq başa düşürlər ki, dönüş nöqtəsi çatıb, dünyanın taleyi həll olunur:
"Ona görə də onlar tamamilə yeni beynəlxalq strukturdan çıxış edirlər.
Dörd NATO ölkəsi - İtaliya, Fransa, Almaniya və Macarıstan Putinin tərəfində oynayırlar. Onlar Rusiya tərəfinə keçiblər. Həmçinin Avropa İtitfaqı və NATO-nun Ukraynaya dəstək fəaliyyətini iflic etməyə çalışırlar", - Piontkovski sensasion iddia ilə çıxış edib.