BİZNES

Azərbaycan Sahibkarlar Konfederasiyasının Almaniya üzrə nümayəndəliyi yaradılıb

Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Almaniya Federativ Respublikası üzrə nümayəndəliyi yaradılıb.

ENA.az xəbər verir ki, nümayəndəlik Berlin şəhərində fəaliyyət göstərəcək. Belə ki, ASK-nın Almaniya üzrə nümayəndəsi vəzifəsinə Berlin şəhərində fəaliyyət göstərən azərbaycanlı iş adamı, "Edel Tower GmbH" şirkətinin icraçı direktoru Elnur Hüseynov təyin edilib. 1987-ci il təvəllüdlü Elnur Hüseynov 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr, 2010-cu ildə Almaniyanın Erfurt Universitetində magistr təhsili almış, 2016-cı ildə Berlin Azad Universitetində alternativ enerji layihələrinin idarə olunması üzrə dissertasiya işini müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2014-cü ildən Almaniyanın paytaxtı Berlin şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

Nümayəndəlik Almaniya Federativ Respublikasında sahibkarlarımız üçün tərəfdaşların tapılması, investisiya imkanlarının araşdırılması, marketinq təhlili və alman sahibkarlarla biznes əlaqələrinin qurulması istiqamətində fəaliyyət göstərəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)