Gündəm

Britaniya Avropa İttifaqına alternativ yaratmaq istəyir

Böyük Britanyanın Baş naziri Boris Conson Avropa İttifaqına alternativ olaraq yeni siyasi, iqtisadi və hərbi birlik yaratmağı təklif edib.

ENA.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Avropa Əməkdaşlığı adlanacağı ehtimal olunan birliyə Polşa, Estoniya, Litva və Ukraynanın qoşulması təklif olunur. Baş nazirin ideyasına əsasən, sonradan ittifaqa Türkiyə də qoşula bilər.

Məlumata görə, Boris Conson bu ideyanı ilə ilk dəfə Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə bölüşüb. Bildirilib ki, iyunun 23-24-də Avropa İttifaqı Ukraynanın quruma üzvülüyə namizədliyini bəyənməzsə, o zaman Volodimir Zelenksi Baş nazirin ideyasına ciddi yanaşa bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)