“Plato Capital and Co. İnvestisiya Şirkəti”nin rəhbəri dəyişib
“Plato Capital And Co. İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti nin rəhbəri dəyişib.
Məlumata görə, Tamerlan Bayramlı Tofiq oğlu investisiya şirkətinin direktoru təyin edilib.
O bu vəzifədə Mansur Məmmədov Kamaləddin oğlunu əvəz edib.
T.Bayramlı 2019-2020-ci illərdə “Plato Capital and Co. İ.Ş”də çalışsa da sonradan “MFX-Trading İnvestisiya Şirkəti” ASC-yə Xarici bazarlarda investisiya şöbəsinin rəhbəri kimi getmişdi. 2021-ci ilin aprelindən isə yenidən “Plato Capital&Co”ya Direktor müavini və risk və əməliyyatlar departamentinin rəhbəri kimi dönmüşdü.
Xatırladaq ki, “Plato Capital and Co.” 2002-ci ildə “Texnika Kapital Menecment” adı ilə yaradılıb, 2015-ci ildə adını “Kapital Menecment”ə, 2018-ci ildə isə “Plato Menecment”ə dəyişib. Onun nizamnamə kapitalı 816 min manatdır. İnvestisiya şirkətinin səhmlərinin 99%-i Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə, 1%-i isə Birləşmiş Ərəb Əmirliklərinin “Fubies Bia Investments Lımıted” investisiya şirkətinə məxsusdur.(Banker.az)