“McDonald’s” şirkəti Rusiyadakı biznesini satdı
ABŞ-ın “McDonald’s” şirkəti Rusiyadakı biznesini sahibkar Aleksandr Qovora satır.
A.Qovor Rusiyanın bir neçə regionunda franşiza əsasında “McDonald’s”ın 25 restoranını idarə edən “QiD” şirkətinin sahibidir.
Restoranlar yeni brend altında fəaliyyət göstərəcək. Eyni zamanda, ABŞ tərəfi hazırkı əməkdaşların azı iki il müddətinə işdə qalmasını tələb edib.