Gündəm

Eldar Əzizov yeni şöbə müdiri TƏYİN ETDİ

Bakı şəhər İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə yeni müdir təyin olunub.

ENA.az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu barədə müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Anar Tağıyev Bakı şəhər İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.

Anar Tağıyev bundan əvvəl BŞİH-in tabeliyində Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov Prezident İlham Əliyevin 18 fevral 2022-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)