MALİYYƏ

Qlobal taxıl böhranı ilə bağlı XƏBƏRDARLIQ

G7 ölkələri (ən çox inkişaf etmiş iqtisadiyyata malik 7 ölkə) Ukrayna-Rusiya müharibəsinin yoxsul ölkələri təhdid edən qlobal ərzaq və enerji böhranına səbəb olduğuna diqqət çəkərək Ukrayna anbarlarındakı təxminən 40 milyon ton taxıl ixracı üçün təcili həll yolunun tapılmalı olduğu barədə xəbərdarlıq edib.

Almaniya, ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya və Yaponiya xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) xüsusi nümayəndəsinin Almaniyanın Şlezviq Holşteyndəki (Schleswig Holstein) əyalətindəki Vanqels (Wangels) şəhərində 3 günlük görüşdən sonra yaydığı birgə bəyanatda müharibənin səbəb olduğu qlobal qida qıtlığını aradan qaldırmaq və atılacaq addımlar vurğulanıb.

Bəyanatda G7 xarici işlər nazirləri tərəfindən Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsi qətiyyətlə pislənilib. G7-nin Rusiyanın iqtisadi və siyasi təcridini artırmaq və Ukraynanı dəstəkləməyə davam etmək fikri xatırladılıb.

Birgə bəyanat yazılır: “Böyük yeddilik olaraq birlik və həmrəylik içində hərəkət etməyə davam edərək Rusiyaya qarşı iqtisadi və siyasi təzyiqi daha da artırmaq əzmində olduğumuzu bir daha bildiririk.

Müharibə yaxın tarixin ən ağır qida və enerji böhranlarından birini yaradır. Bu böhranlar hal-hazırda yoxsul ölkələri təhdid edir. Ukrayna anbarlarındakı təxminən 40 milyon taxılın ixracat üçün yolları təcili açılmalıdır.

Böyük yeddilik olaraq biz qlobal ərzaq təhlükəsizliyini qorumaq üçün koordinasiya edilmiş çoxtərəfli cavabı sürətləndirmək və bu məsələdə ən həssas tərəfdaşlarımızın yanında olmaq əzmindəyik”.

Eyni zamanda, G-7 ölkələri Çini Ukraynanın müstəqilliyini dəstəkləməyə və Rusiyanın Ukraynaya hücumlarında beynəlxalq sanksiyaları zəiflətməkdə Rusiyaya kömək etməməyə çağırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)