Azərbaycanda 7 min manatdan çox maaş alan tibb işçiləri var
“Son bir il ərzində qeyri-tibb heyəti üzrə ölkədə minimum maaş 294 manatdan 406 manata çatdırılıb. Bu isə təxminən 38 faiz artım deməkdir”.
Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, maaşın yuxarı həddi isə 665 manatdan 7 123 manata çatdırılıb: “Son bir il ərzində orta tibb heyəti üzrə maaş 294 manatdan 506 manata çatdırılıb. Bu da təxminən 72 faiz artım deməkdir. Bu isə o deməkdir ki, mövcud sistem işlədikcə həkimlərlə yanaşı, həm orta tibb heyətinin, həm də qeyri-tibb heyətinin maaşı artacaq”.