Lavrov: Rusiyanın kifayət qədər enerji resursları alıcıları var, biz onlarla işləyəcəyik
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb ölkələri olmasa belə, Rusiyanın kifayət qədər enerji resurslarının alıcıları var və onlarla işləyəcək.
"Bizim enerji resurslarımızın kifayət qədər alıcıları var və biz onlarla işləyəcəyik və qoy Qərb Rusiya Federasiyasına ödədiyindən qat-qat artıq pul ödəsin və qoy öz əhalisinə niyə kasıblaşmalı olduğunu izah etsin", - Lavrov çərşənbə günü konfransda mətbuata açıqlamasında deyib.