MALİYYƏ

ABŞ tarixində ilk dəfə afro-amerikalı qadın FED rəhbərliyində yer alacaq

Lisa Cook ( Liza Kuk) tarixdə ilk dəfə afro-amerikalı qadın ABŞ-ın Federal Ehtiyat Sistemində (FED) vəzifəyə təsdiqlənib.

Bu barədə ENA.az NBCnews-a istinadən xəbər verir.

ABŞ Senatı onu FED-in İdarə Heyətinə fəaliyyətini təsdiqləyib.

Liza Kukun təsdiqi 51 nəfərin 50 səsə qarşı cüzi səs çoxluğu ilə reallaşıb, vitse-prezident Kamala Harris isə həlledici səs verib.

Hazırda FED-in rəhbəri vəzifəsini Cerom Pauell icra edir. Onun səlahiyyət müddəti fevralda başa çatıb və mart ayında Senatın Bank Komitəsi tərəfindən yekdilliklə səsvermə ilə növbəti dəfə bu vəzifəyə təsdiqlənib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)