Gerasimov Ukraynada yaralandı
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukrayna ərazisində, Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında yaralanıb.
ENA.az xəbər verir ki, bu barədə hərbi jurnalist və bloger Aleksandr Şulman yazıb.
Məlumata görə, 66 yaşlı Gerasimov sağ ayağının yuxarı üçdə bir hissəsindən qəlpə yarası alıb, sümükləri sınıb. Həyati təhlükəsinin olmadığı bildirilir.
Ordu generalı Gerasimov və digər zabitlər Ukrayna Silahlı Qüvvələrinin zərbə endirdiyi komanda məntəqəsində olublar. İlkin məlumata görə, 20 zabit həlak olub.