Birja

Azərbaycandakı investisiya şirkətlərinin - RENKİNQİ

"Bakı Fond Birjası" QSC (BFB) bu ilin yanvar-dekabr ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.

"BI" Birjaya istinadən xəbər verir ki, renkinqə 8838 mln. manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.

Növbəti yerlərdə 5 317 mln. manatla “Unicapital İnvestisiya Şirkəti", 4 461 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 4 605 mln. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 1 951 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 541 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.

İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN
1 Paşa Kapital 8837708 920,54
2 Unicapital 5 317 371 608,69
3 AzFinance 4 460 813 782,08
4 İnvest-Az 4 604 529 137,83
5 Xalq Kapital 1 951 294 117,80
6 PSG Kapital 541 773 212,75
7 Kapital Menecment -

Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)