Gündəm

Ruslara məxsus İki qərargah məhv edildi, general öldü

Ukrayna ordusu Rusiyanın iki qərargahını darmadağın edib.

ENA.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Rusiya ordusunun komanda məntəqələrinə hücum edib:

"Hava-desant qüvvələrinin qərargahı, ikinci birləşmiş ümumi ordu qərargahı İzyuma iki zərbə endirib. Hətta ən az rəqəmlə hesablasaq, bir yerdə 100, başqa yerdə 200, üçüncü yerdə azı 100 meyit var”.

Arestoviç Rusiya Hava-Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, general Simonovun öldürülməsi ilə bağlı yayılan məlumatı da münasibət bildirib: “Dəqiqləşmə tələb edən bəzi məlumatlara görə, Hava Desant Qüvvələrinin qərargah rəisi məhv edilib”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)