BİZNES

“PASHA Holding”in IT şirkətinin nizamnamə kapitalı artırılıb

“PASHA Holding”in törəmə şirkəti olan “PAŞA Technology” MMC-nin nizamnamə kapitalı artırılaraq 23 mln. manata çatıb.

ENA.az xəbər verir ki, IT şirkətinin nizamnamə kapitalı 1 100 000 manat artırılmaqla (5%) 22 751 519 manata çatıb.

Sonuncu dəfə 2021-ci ilin sentyabr ayında şirkətin nizamnamə kapitalı 1 000 000 manat (5%) artırılmaqla 21 651 519 manata çatdırılmışdı.

Qeyd edək ki, “PAŞA Technology”nin nizamnamə kapitalı 2021 ilin əvvəli 13 100 000 manat idi.

“PAŞA Technoloy” MMC – 2018-ci ildə yaradılıb və  “PAŞA Holding” MMC-nin törəmə şirkətləri üçün IT xidmətləri, “Cloud Computing”, kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətlərini təmin edilməsidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)