Təhsil Nazirliyində yeni sektor yaradılıb, bir şöbənin adı dəyişdirilib
Təhsil Nazirliyindəki struktur dəyişikliklərinə aydınlıq gətirilib.
Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsi nəzdində Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektoru yaradılıb.
“Bundan başqa, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin adı isə dəyişdirilərək Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsi edilib. Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektoruna hələlik rəhbər təyinatı aparılmayıb”, – qeyd olunub.
Xatırladaq ki, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin rəhbəri isə Vəfa Yaqubludur.