Əmlak vergisi büdcə gəlirlərinə aid ediləcək
Fiziki şəxslərin kommersiya təyinatlı obyektləri üzrə əmlak vergisinin dövlət vergilərinə aid edilməklə dövlət büdcəsinə ödənilməsi tövsiyə edilir.
ENA.az xəbər veirr ki, bununla bağlı Hesablama Palatasının 2021-ci ildə görülən işlərə dair hesabatında qeyd edilib.
Büdcə zərfində 2022-ci ildən müvafiq qanunvericilikdə dəyişiklik edilərək, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti üzrə əmlak vergisinin dövlət büdcəsinin gəlirlərinə aid edilməsinin nəzərdə tutulduğu göstərilib.