Azərbaycanda işsizlik səviyyəsi 5.95%-dən aşağı düşüb - RƏSMİ STATİSTİKA
![](https://ena.az/uploads/news/2022-04/_ena_f0823b4fa64aec404790f7aa4_o.jpg)
Azərbaycanda 2022-ci ilin 1 aprelinə olan işsizliyin səviyyəsi yenidən azalıb.
Bu barədə ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
DSK bildirir ki, Azərbaycanda işsizlik səviyyəsi 5.943% təşkil edib. Bir ay öncə bu rəqəm 5.951% idi.
Məlumata görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 307.1 min nəfər və onlardan 4 milyon 991.7 min nəfəri işlə təmin olunmuşdur. Beləliklə, 315.4 min şəxs işsizdir.