Sosial iqtisadiyyat

Regionlar üzrə vergi daxilolmaları 20 %-dək artıb

Bu il aprelin 1-nə Azərbaycanda qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 47,9 % artaraq 1 milyard 699,5 milyon manat təşkil edib.

ENA.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hesabatında deyilir.

Məlumata görə, regionlar üzrə daxilolmalar 262,2 milyon manat olmaqla, proqnoz 114,4 % icra edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu mənbədən daxilolmalar 19,2 % artıb.

Ödənilən vergilərin 80,3 %-i qeyri-neft-qaz sektorunun, 19,7 %-i neft-qaz sektorunun payına düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)