Gündəm

Rusiya İran geyim mağazalarının açılmasında maraqlıdır

Rusiya Ticarət Mərkəzləri Şurası (RTMŞ) İran geyim mağazalarının açılmasında maraqlıdır.

Bu barədə RTMŞ-nin İranın Rusiyadakı səfirliyində keçirilmiş görüşün nəticələrinə dair yaydığı məlumatda bildirilir.

Şura Rusiya ticarət mərkəzlərində Avropa brendləri getdikdən sonra boş qalmış mağazalara İran geyim, əsasən, dəri geyimlər, ayaqqabı və çanta istehsalçılarının mallarının yerləşdirilməsini təklif edir. Eyni zamanda, İran mallarının Rusiya pərakəndə satış bazarına çıxarılması müəyyən proseslərdən keçməlidir, bu isə azı 3 il vaxt tələb edir. Digər tərəfdən, hazır logistik marşrutların olmaması İran mallarının Rusiya alıcısını razı salacaq qiymətə ölkəyə gətiriləcəyinə əminlik yaratmır.

Rusiya ticarət mərkəzləri İran istehsalçılarına reklam, marketinq, idarəçilik işlərini öz üzərilərinə götürməyi təklif edirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)