Qarabağa gəlmək istəyən erməni deputatlar Azərbaycan sərhədindən geri qaytarıldı
![](https://ena.az/uploads/news/2022-04/_ena_6a0f0a626ddf2942cfe07f2f3_o.jpg)
Ermənistan parlamentinin müxalifətçi deputatları Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərinə buraxılmayıblar.
ENA.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan məlumat verib.
“Hayastan” fraksiyasının üzvü Artur Kazinyanın sözlərinə görə, deputatların avtomobilləri nəzarət-buraxılış məntəqəsində saxlanılıb. O bildirib ki, Azərbaycan tərəfi rusiyalı sülhməramlıların operativ qərargahına deputatların Azərbaycan ərazilərinə buraxılmaması ilə bağlı təlimat verib.