Bank

"Muğanbank"ın İdarə Heyətinə sədr təyin olundu

Elnur Abbasov “Muğanbank” ASC-nin İdarə Heyətinin sədri təyin edilib. ENA.az xəbər verir ki, Müşahidə Şurasının müvafiq qərarı ilə İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Elnur Abbasov indi sədr vəzifəsinə təsdiq edilib. 

Qeyd edək ki, EAbbasov 2021-ci il yanvarın 7-dən “Muğanbank”ın İdarə Heyəti sədrinin müavini, 2021-ci il noyabrın 1-dən isə İdarə Heyəti sədrinin səlahiyyətlərini müvəqqəti icra edən vəzifələrində çalışıb.

Muğanbank 1992-ci ilin noyabrında təsis edilib. Bankın səhmdarları 4 fiziki şəxsdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)