Hindistan Neft Korporasiyası Rusiya neftini almaqdan - İMTİNA EDİB
Hindistan Neft Korporasiyası (IOC) son tenderindən yüksək kükürdlü bir neçə xam neft sortunu, o cümlədən Rusiyanın “Urals” markalı neftini çıxarıb.
ENA.az xəbər verir ki, Hindistanın aparıcı neft emalı şirkəti bazar iştirakçılarına “Das”, “Eugene Island”, “Thunder Horse” və “Urals” markalı xam neftlərin çərşənbə axşamı bağlanan son tenderdə artıq sortlar siyahısında olmadığını bildirib. Qeyd edək ki, daha əvvəl bu şirkət böyük həcmdə Rusiya nefti alırdı.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden bazar ertəsi axşam saatlarında Hindistanın Baş naziri Narendra Modiyə Rusiyadan böyük həcmdə neft almağın Hindistanın maraqlarına uyğun olmadığını və ABŞ-ın Rusiyanın Ukraynaya qarşı müharibəsinə reaksiyasına mane ola biləcəyini bildirib.