Rusiya Mariupolda kimyəvi silahdan istifadə etdi
Donetsk vilayətinin Mariupol şəhərində ruslar hərbçilərə və mülki şəxslərə qarşı naməlum zəhərli maddədən istifadə ediblər.
UNİAN-nın yaydığı məlumata görə, Mariupolda drondan zəhərli maddə atılıb.
Qeyd edilib ki, qurbanlarda tənəffüs çatışmazlığı və vestibulo-ataktik sindrom (damar sistemində nasazlıq yaradır) var.
“Təxminən bir saat əvvəl Rusiya işğalçı qüvvələri Mariupol şəhərində ukraynalı hərbçilərə və dinc sakinlərə qarşı düşmənin PUA-sından atılan mənşəyi naməlum zəhərli maddədən istifadə edib”, - məlumatda bildirilib.