TURİZM

Şuşada 2.8 hektarda tikilən 5 ulduzlu “Otel və Konfrans Mərkəzi” belə olacaq - FOTOLAR

Şuşada “Otel və Konfrans Mərkəzi” tikilməkdədir.

ENA.az tikilməkdə olan otelin görüntülərini təqdim edir.

Qeyd edək ki, ötən ilin avqustun 29-da Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər.

Karvansaray konseptini əsas götürərək, Şuşa şəhərinin mərkəzində, Zəfər yolunun üzərində yerləşəcək 5 ulduzlu “Otel və Konfrans Mərkəzi” müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn edilib.

Mərkəz 2,8 hektar ərazini əhatə edəcək. Beş mərtəbədən və 150 nömrədən ibarət “Otel və Konfrans Mərkəzi”ndə otaqlar, restoranlar, konfrans korpusları, daxili həyətlər olacaq.

susa otel 1 susa otel 2 susa otel 3

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)