TURİZM

Tətilə gedən hər kəsi maraqlandırır: Bu il qiymətlər necə olacaq?

Səyahət etməyin qiyməti bahalaşır, belə çıxır ki, qiyməti dəyişməyən yalnız Günəş və Dəniz qaldı, lakin onlara çatmağın qiyməti indi daha "ağırdır".

Havaların isinməsi ilə tətil planları hazırlanmağa başlayıb. Keçən yay koronavirus epidemiyası səbəbindən bir çox insan tətilini təxirə saldı. Epidemiya bu il də davam etsə də, bir çox insan təxirə salınmış tətilini bu yay keçirməyi planlaşdırır. Tətilə getmək istəyənlər tətilin qiyməti ilə maraqlanır. Qiymətlər isə kifayət qədər sürətlə bahalaşır. Müharibənin turizmə vurduğu ziyan isə pandemiyadan qat-qat artıqdır.

Pandemiya tətilin qiymətini azaltdı, müharibə artırdı

İki qlobal böhran turizmin üzərindən silindr kimi bir-birinin ardınca keçdi. Pandemiya yaralarını sağaltmazdan əvvəl, Ukrayna-Rusiya müharibəsinin kabusu sənayeyə düşdü. Müharibə təkcə yaşadığı coğrafiyaya deyil, bütün dünyaya təsir edir. Bir-birimizdən nə qədər asılı olduğumuz bir daha ortaya çıxdı...

Müharibənin dünya iqtisadiyyatı ilə yanaşı turizm sektoruna da gətirdiyi yük yavaş-yavaş üzə çıxır.

Məsələn, Türkiyənin turizm sənayesinin tanınmış simalarından biri olan Rəcəb Yavuz deyir ki, müharibənin iqtisadi yükü və tətil xərcləri son illərin bəlkə də ən bahalı dövrünə doğru gedir. 2020-ci ildə 375 dollar olan aviasiya yanacağı 2022-ci ilin ilk 6 ayı üçün 912 dollar olaraq hesablanıb. Bu, bütün dünyada tətilin qiymətinin artacağını göstərir. Gəlin, zənciri izləyək -yanacağın artımı təyyarə şirkətinə, aviaşirkət onu turoperatora əks etdirəcək, turoperator onu məhsula əlavə edəcək və hesab faktura sonda istirahət edənə veriləcək.

Üç əsas amil tətil xərclərini müəyyən edir:

1. tətilqabağı xərclər,
2. tətil üçün ödənilən məbləğ,
3.tətil günlərində xərcləmə

Demək olar ki, istisnasız olaraq bütün dünyada onların hər üçündə köklü dəyişikliklər baş verir.

1. Tətilqabağı xərclərə istirahət edənin vətənində baş verən hadisələr, onun öz iqtisadi vəziyyəti, gəlir və xərclərdəki dəyişikliklər daxildir. Əslində, bu, həmişə istisnalarla mövcud olan və tətil xərclərinə böyük təsir göstərməyən bir maddədir. İstisna olaraq, müharibədən sonra dünyanın əksər ölkələrində inflyasiya artıb, ərzaq və xidmət bahalaşıb, bu isə tətilə çıxanın büdcəsinə əlbəttə təsir edir, tələbin azalmasına səbəb olur.

2. Tətil üçün ödənilən qiymət, bu, turistin ən vacib xərc maddəsidir. Buraya əsasən nəqliyyat və yaşayış qiymətləri daxildir.

Əvvəlcə nəqliyyata baxaq. Dünya Turizm Təşkilatının hesablamalarına görə, beynəlxalq turizm səfərləri aşağıdakı nəqliyyat vasitələri ilə həyata keçirilir:

40% - Təyyarə

45% - Avtomobil

15% - Qatar, Avtobus və Gəmi

Bu nəqliyyat vasitələrinin hamısı yanacaq qiymətlərindəki dalğalanmalardan birbaşa təsirlənir. Pandemiya zamanı yanacağın qiyməti ucuzlaşmışdı. Üstəlik stabil olmayan qadağa şərtləri səbəbindən uçuşlar kəskin düşmüşdü. Bəzi Avropa aviaşirkətləri bu dövr üçün böyük zərər açıqladılar. Ukrayna-Rusiya müharibəsindən sonra yanacaq qiymətləri son 10 ildə ən yüksək səviyyəyə qalxdı. Nəticədə yuxarıda qeyd olunan nəqliyyat vasitələri ilə gediş haqqı da artıb.

Xüsusən də müharibə səbəbindən aviasiya yanacağının bahalaşması tətil qiymətində ən böyük xərcə çevrildi. Bugün ABŞ-da Jet Yanacaq Spot Qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisədə 5,13%, bir il bundan əvvəllə müqayisədə isə 134,7% bahalaşıb. 2022-ci ilin ilk 6 ayı üçün proqnozlar 912 dollar təşkil edir. Ancaq analitiklər deyir ki, həm hüquqi tənzimləmələr, həm də müştəriləri itirmək narahatlığı səbəbindən bu xərc hələ 2022-ci ilin əvvəlindəki səyahətlərdə əksini tapmayıb.

Təbii ki, müharibənin tezliklə bitəcəyi və yanacağın qiymətinin aşağı düşəcəyi gözləntiləri də var. Ancaq müharibə davam edərsə, aviaşirkətlərin bu artıma dözməsi mümkün olmayacaq. Xüsusən də Avropa aviaşirkətləri bu bahalaşmadan ciddi ziyan çəkə bilər.

Nəticədə bu ağır nəqliyyat xərcləri 2022-ci ilin ikinci yarısında uçqun kimi tətilçinin üzərinə düşə bilər.

Bəs otellər? Pandemiya dövründə tarixinin ən ağır zərbəsini alan otelçilik sektoru üçün hər bir məhsulun artan maya dəyərini mümkün qədər sabit saxlamağa çalışması da çox çətindir, çünki inflyasiya böhrandan sonra bütün dünyada artıb. Onsuz da pandemiya ölkələrə yeni qiymət tənzimləmələri gətirdi, ilk növbədə ərzağın bahalaşması ilə. Üstəlik, müharibənin yaratdığı enerji qiymətlərinin artması mehmanxana sahiblərinin qəddini əyib. Bu iki əhəmiyyətli məhsulun bahalaşmasının tətil qiymətində əks olunması indi qaçılmazdır və turist də bunun fərqindədir.

3. Tətil zamanı xərclər bundan sonra istirahət edəni daha çox maraqlandıracaq, çünki getdiyi yerdə hər şey bahalaşacaq. Yeməkdən, içkidən, kirayə maşından, otaq haqlarından, turlardan, transferlərdən tutmuş bir çox xidmətin qiyməti əvvəlki kimi olmayacaq...

Bu da hələ son deyil:

- Yenilənmiş yaşayış vergiləri,
- Yenilənmiş hava limanı vergiləri,
- Mümkün PCR testi və karantin xərcləri,
- təyinat yerində alış-veriş etmək,
- Rent A Car vs.

Xülasə, bundan sonra tətilə çıxan şəxs indiyə qədər tətilə xərclədiyi vəsaitin təxminən beşdə birini əlavə ödəyəcəyini gözə almalıdır.

Gördüyünüz kimi, müharibənin turizmə vurduğu ziyan pandemiyadan qat-qat çoxdur. Necə deyərlər, qoy həmişə sülh olsun.

Həmişə gəzməkdə!

AviaTravel

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)