Azərbaycan nefti 5 %-dən çox ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,93 ABŞ dolları, yaxud 5,46 % azalaraq 102,69 ABŞ dollarına düşüb.
Dünən “Brent” markalı neftin bir bareli 101,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.