"Rusiya şərqdən hücuma keçməyə hazırlaşır" - Ukrayna Baş Qərargahı
“Rusiya Silahlı Qüvvələri Ukraynanın şərqindən hücum əməliyyatı hazırlamaq məqsədi ilə səylərini cəmləşdirir”.
ENA.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.
Bildirilib ki, Rusiyanın şərqdən hücuma hazırlaşmaqda hədəfi Donetsk və Luqansk vilayətlərinə nəzarət etməkdir:
“Belarus ərazisində hərbi texnikanın hərəkətliliyi qeydə alınır. Rusiya Xarkovu mühasirəyə almağı davam etdirir.
Barvenkovo istiqamətində düşmən qismən uğur qazanaraq 7 km irəliləyib, Brajkovka yaşayış məntəqəsinə nəzərəti ələ keçirib.
Onlar Donetsk və Luqansk istiqamətində Popasnaya, Rubejnoye və Mariupol yaşayış məntəqələrinə nəzarət ələ keçirmək istəyirlər”.
Onun sözlərinə görə, Rusiya daha bir çenə yaşayış məntəqələrində hücuma keçsə də uğur qazana bilməyib:
"Rusiya qoşunları Nikololayevə Cenevrə konvensiyası ilə qadağan edilən kasset döyüş sursatları ilə atəş açıb.
Rusiya qoşunları itki verir. Onların bölüklərin komplektləşdirilməsi və təchizatında böyük problemləri var. Qarşı tərəfin şəxsi heyəti demoralizasiya olub”.