Ukrayna Müdafiə Nazirliyi Rusiyanın son itkilərini AÇIQLADI

“Rusiya Silahlı Qüvvələrinin Ukraynada indiyədək 18 300-ə yaxın hərbçisi məhv edilib”.
ENA.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Rusiyanın 647 ədəd tankı, 1 844 ədəd zirehli döyüş maşını, 330 ədəd artilleriya sistemi, 107 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 147 ədəd hərbi təyyarəsi, 134 ədəd helikopteri, 1 273 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 92 ədəd dronu zərərsizləşdirilib”,- məlumatda deyilir.