Gündəm

“Virtualaz.org” və “Azeri Daily” saytları bağlandı

Tanınmış jurnalist Eynulla Fətullayev rəhbəri olduğu iki saytın bağlanmasına qərar verib.

ENA.az xəbər verir ki, Azərbaycan dilli “Virtual Azərbaycan” və ingilis dilli “Azeri Daily” saytları fəaliyyətini dayandırıb.

E.Fətullayevin sözlərinə görə, bu addım haqqin.az saytının regional postsovet nəşrinə çevrilməsi ilə bağlı strateji qərarla əlaqədardır:

“Yeni strategiyaya əsaslanaraq, biz öz potensialımızı və maliyyə resurslarımızı haqqin.az saytının rusdilli seqmentinin gücləndirilməsinə və inkişafına yönəltmək qərarına gəldik". 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)