ABŞ ehtiyatları azaldı, neft bahalaşır
Neft qiymətləri bir gün əvvəl ucuzlaşdıqdan sonra çərşənbə günü ticarət zamanı yüksəlir. Treyderlər Amerika Neft İnstitutunun (API) ABŞ-dakı enerji ehtiyatlarına dair məlumatlarını qiymətləndirir və ABŞ Energetika Nazirliyinin daha sonra dərc olunacaq rəsmi məlumatlarını gözləyirlər.
Londonun ICE Futures birjasında çərşənbə günü saat 9:09-a olan Brent markalı neftin may fyuçerslərinin dəyəri bir barel üçün 111,03 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,8 dollar (0,73%) çoxdur.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda may ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 104,96 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,72 dollar (0,69%) çoxdur.
“Trading Economics” yazır ki, dünən axşam açıqlanan API məlumatları keçən həftə ABŞ-ın neft ehtiyatlarının analitiklərin gözlədiyindən üç dəfə 3 milyon barrel azaldığını göstərdi.
Ehtiyatlarla bağlı rəsmi məlumatı ABŞ Energetika Nazirliyi çərşənbə günü Moskva vaxtı ilə saat 17:30-da açıqlayacaq. Trading Economics-in sorğusuna qatılan analitiklər, Energetika Nazirliyinin hesabatında ehtiyatların 1,7 milyon barrel azalmasına işarə edəcəyini proqnozlaşdırırlar.
Eyni zamanda Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman CNBC telekanalına müsahibəsində OPEC+-ın növbəti iclasda “siyasəti qapıda qoyacağını” bildirib.
Dünyanın bir çox ölkələrinin hökumətləri və beynəlxalq təşkilatlar Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edərkən, Ukraynada keçirdiyi hərbi əməliyyatlara görə bu ölkə ilə iqtisadi əlaqələri kəsərkən, OPEK+ üzvü olan ölkələr Rusiya Federasiyasına qarşı heç bir tədbir görməyi planlaşdırmır.