Gündəm

İcra başçısının birinci müavini işdən çıxarıldı

İcra Hakimiyyətinin başçısının birinci müavini işdən çıxarılıb.

Məlumata görə, Xətai Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Səmədov Anar işdən çıxarılıb.

Hələlik birinci müavin vəzifəsinə təyinat yoxdur.

Xatırladaq ki, Səmədov Anar Qorxmaz oğlu, 12 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə orta məktəbi bitirib. 2005-2010-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakultəsində bakalavr təhsili alıb. 2010-2011-ci illər ərzində ordu sıralarında qulluq edib.

2011-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakultəsində, 2014-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə magistr təhsili alıb.

2011-ci ildən Bakı şəhər İcra Hakimiyyəti Aparatının Şəhər təsərrufatı şöbəsində, 2012-ci ildən isə Bakı şəhər İcra Hakimiyyətinin Aparatında, 2013-cü ildən Bakı şəhər İcra Hakimiyyətinin Aparatının Şəhər təsərrufatı, Sosial-İqtisadi İnkişafin Təhlili və Proqnozlaşdırması şöbəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır.
2013-2018-ci illərdə Azərbaycan Respublikası Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Layihələrə baxılması , Müraciətlər və Sənədlərlə İş şöbəsinin müdiri, 2018-2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində rəis müavini vəzifəsini icra etmişdir.
Dövlət qulluğunun kiçik müşaviridir. Ailəlidir. 2 övladı var.

1 Dekabr 2020-ci il tarixdən Xətai rayon İcra Hakimiyyəti Başçısının birinci müavinidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)