Birja

Brent nefti 150 dollar/barelə çata bilər: bazarda təklif azalır

Brent neftinin qiyməti bu il bir barel üçün 150 dollara çatacaq, belə bir açıqlama ilə 425 milyon dollarlıq dövriyyəni idarə edən treyder Doug King çıxış edib. O bildirib ki, Avropada güclü tələbat fonunda tədarük çatışmazlığı nəticəsində qiymətlər artacaq.

Bloomberg xəbər verir ki, təyyarə yanacağına tələbat artacaq, səyahətlər bərpa olunacaq.

"Düşünürəm ki, insanların pulu var. Onu xərcləyəcəklər, ona görə də tələbin düşəcəyini gözləmirəm".

Neft qiymətləri, koronavirus pandemiyasının təsirinin azalması fonunda, Ukraynadakı vəziyyətdən əvvəl də qalxmağa başlayıb. Dünyanın ən böyük istehsalçılarından biri olan Rusiyaya qarşı Qərb sanksiyaları martın əvvəlində Brent-in barrelini 140 dollara yaxınlaşdırdı, lakin hazırda kotirovkalar yenidən 115 dollar civarındadır.

Ekspert hesab edir ki, təklifin azalmasına baxmayaraq tələb artacaq, çünki insanlar fürsət tapan kimi yenidən turizmə qayıdırlar.

Bloomberg Commodity Spot Indeksi ilin əvvəlindən bəri 26% artıb. Bugün neft qiymətləri əvvəlki sessiyada mülayim enişdən sonra yüksəlir, investorlar keçən həftənin sonunda ABŞ-da yanacaq ehtiyatlarının azalması ilə bağlı gözlənilməz məlumatları qiymətləndirirlər. Çərşənbə günü Bakı vaxtı ilə saat 11:14-ə Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti bir barel üçün 116,6 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun qiymətindən 1,12 dollar (0,97%) çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)