Gündəm

Rusiya aviaşirkətlərinin 770 təyyarəsinə uçuş qadağan edildi

Bermud adaları Rusiya təyyarələrinin uçuşa yararlılıq sertifikatlarını dayandırıb.

Qərar Bermud adalarının Mülki Aviasiya İdarəsi tərəfindən verilib.

Rusiya aviaşirkətlərinin minə yaxın laynerindən 770-ə qədəri, təxminən 80 faizi Bermud adalarında qeydiyyatdan keçib.

“Kommersant” qəzetinin yazdığına görə, Rusiya qanunları da sertifikatsız uçuşları qadağan edir, lakin buna baxmayaraq, ötən gün, demək olar ki, heç bir aviaşirkət uçuşları dayandırmayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department