Sosial iqtisadiyyat

Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib

Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş və istirahət günlərinin dəyişdirilməsi ilə bağlı sahibkarlara müraciət edib.

Məlumatda bildirilir ki, martın 7-nə vergi ödəyicilərinə xidmət mərkəzlərində əvvəlcədən tutulmuş və yaxud tutulacaq onlayn növbələr martın 5-də eyni saatda qüvvədə olacaq.

Xatırladaq ki, Nazirlər Kabineti ötən gün “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)