Aİ Rüstəm Muradova da sanksiya tətbiq etdi - TAM SİYAHI
Avropa İttifaqı sanksiya siyahısına daha 26 fiziki şəxs və bir şirkəti daxil edib.
ENA.az xəbər verir ki, yeni sənəd Aİ-nin rəsmi saytında dərc olunub. Siyahıya daxildir:
Eləcə də bax: ABŞ vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb
Rusiya baş nazirinin müavini Dmitri Çernışenko, prezidentin mətbuat katibi Dmitri Peskov, Tikinti Nazirliyinin rəhbəri İrek Fayzulin, nəqliyyat naziri Vitali Savelyev və Federasiya Şurasının birinci vitse-spikeri Andrey Turçak;
Biznes nümayəndələri: Rosneft rəhbəri İqor Seçin, Transneft rəhbəri Nikolay Tokarev, iş adamları Əlişir Usmanov, Pyotr Aven, Mixail Fridman, Gennadi Timçenko, Aleksey Mordaşev, Pyotr Fradkov və Aleksandr Ponomarenko;
Jurnalistlər: Tiqran Keosayan, Olqa Skabeeva, Modest Kolerov, Roman Babayan, Zaxar Prilepin, Anton Krasovski, Arkadi Mamontov, həmçinin violonçel ifaçısı Sergey Rolduqin.
Onlardan başqa, sənəddə Qara Dəniz Donanması komandanının birinci müavini Sergey Pinçukun, Cənub Hərbi Dairəsinin komandirlərinin müavinləri Aleksey Avdeyev və Rüstəm Muradovun, Cənub Hərbi Dairəsinin 8-ci Əlahiddə Ümumqoşun Ordusunun komandiri Andrey Sıçevoyun adları da var.
Sanksiya tətbiq edilən şirkət isə “SOQAZ”dır.